• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1146
— 02.11.2023 11:42

"Son üç ildə Azərbaycanda 256 yeni Ailə Sağlamlıq Mərkəzi yaradılıb"

KepezTV Player

"Bu gün Qarabağ və Şərqi Zəngəzurda tibbi xidmətin təşkili istiqamətində Ağalı, Hadrut, Laçın, Talış, Cəbrayıl Ailə Sağlamlıq Mərkəzləri, Şuşada Modul Tipli Xəstəxana fəaliyyət göstərir. Eyni zamanda “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşacaq əhalinin müayinələrdən keçirilməsi də TƏBİB tərəfindən təmin edilir". Bu barədə qurumdan məlumat verilib. Son üç ildə ölkədə 256 yeni Ailə Sağlamlıq Mərkəzi yaradılıb, həmçinin ilkin səhiyyə xidmətlərinin çeşidləri artırılıb.