Fidan Qədimova - İctimai rəy müəyyən bir zaman çərçivəsində xalqı maraqlandıran ortaq bir nəticədir. Uşaqlıqdan tutmuş istənilən yaşımıza qədər qədər ailəmiz, dostlarımız və ətrafımızdakı digər insanlardan həyatımızdakı hadisələr və etdiyimiz hər bir davranışa görə müəyyən mülahizələrlə qarşılaşırıq. İnsanların ən yaxşı etdiyi iş birinin davranışına görə rəy bildirməkdir. Ortaq fikirlər ancaq fərqli maraqlarla ifadə edilən bu rəylər, təəbi ki, həm müsbət həm də mənfilərdən ibarət ola bilər. Qınaqlar bəzən ziddiyyətli məqamlar yaradır. Əvvəla müsbətlərə nəzər salaq. Misal olaraq qeyd edə bilərik ki, biz gənclər zərərli vərdişlərə meyil edə bilirik. Hər hansısa qərarlarımız bizim üçün faydalı olmaya bilər. Bu zaman ətrafımızdakı insanlar, yaxınlarımız xəbərdarlıq edərək yolumuzdan döndərirıər.
Nərmin İsgəndərli- idmançı - İctimai rəyin həyatımızdakı rolu danılmazdır. Mən buna qınağı məsəl çəkərdim. Bir gənc olaraq istəyirəm bugün qınaqdan danışım. Bizim həyatımızda da çox rast gəldiyimiz hallardan biridir ki, etdiyimiz hərəkətlərə görə bizi qınayırlar. Mən idman sahəsini seçdikdə qınanmışdım, qız nədir, idman nədir? Mən yenədə öz qərarlarımı seçdim.
Fidan Qədimova- Elə müsahibin dediklərinə əsasən deyə bilərəm ki, biz gənclər şəxsi həyat seçimlərimizdə, gələcəklə bağlı seçdiyimiz ixtisasda belə müəyyən qınaqlarla qarşılaşa bilirik.
Nərmin İsgəndərli- idmançı-Əslində qınaqların müsbət tərəfləridə var. Biz pis vərdişlərlə məşğul olduqda ailəmiz bizi doğru yola çəkmək istəyirlər. Mən tövsiyyə edirəmki, gənclər öz xəyalarının ardınca getsinlər qınaqları görməzdən gəlsinlər.
Fidan Qədimova
- Baxış: 141