• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2295
— 01.11.2023 20:01

Azərbaycan minifutbol millisi 1/4 finala yüksəlib

KepezTV Player

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında 1/4 finala yüksəlib. Yığma 1/8 final mərhələsində Portuqaliyaya qalib gəlib. G qrupunda keçirdiyi hər üç görüşdə qələbə qazanan Elşad Quliyevin yetirmələri rəqibini 3:0 hesabı ilə üstələyərək, uğurlu seriyanı davam etdiriblər. Komandamızın heyətində 30-cu dəqiqədə Mirmehdi Rzayev, 46-cı dəqiqədə Elvin Əlizadə, 49-cu dəqiqədə isə Rəvan Kərimov fərqləniblər. Millimiz 1/4 finalda Bolqarıstan – İngiltərə cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinala vəsiqə uğrunda matç noyabrın 2-də olacaq.