• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2297
— 01.11.2023 19:57

Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

KepezTV Player

Müdafiə naziri Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsində bu cür görüşlərin əhəmiyyəti vurğulanıb. İki ölkə ordularının qoşun növləri qərargahları arasında danışıqların aparılması və əlaqələrin genişləndirilməsinin zəruriliyi qeyd edilib. Görüşdə, həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.