KepezTV Player
Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində 1 nəfərin su quyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-in xilasediciləri dərhal çağırış ünvanına cəlb ediliblər. Müəyyən olunub ki, 1938-ci il təvəllüdlü vətəndaş S.Cəfərova fərdi yaşayış evinin həyətyanı sahəsində dərinliyi təqribən 8 metr olan su quyusuna düşərək təhlükəli vəziyyətdə qalıb. Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə vətəndaşı quyudan çıxararaq xilas ediblər.
- Baxış: 211