KepezTV Player
Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib. Yığma G qrupundakı sonuncu matçında Küveyt seçməsi ilə qarşılaşıb. Qrupdakı ilk iki oyunda İraq və Misir kollektivlərinə qalib gələn son Avropa çempionu üçüncü matçında 3:1 hesabı ilə qələbə qazanıb . Milli komandanın heyətində qolları 15-ci dəqiqədə Cəfər Cəfərov, 38-ci dəqiqədə Mirmehdi Rzayev, 44-cü dəqiqədə isə Təmkin Xəlilzadə vurublar.
Bu nəticə ilə xallarını doqquza çatdıran Azərbaycan millisi 1/8 finala qrup lideri kimi adlayıb. Növbəti mərhələdə rəqib H qrupunda ikinci yeri tutacaq komanda olacaq.
- Baxış: 233