• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1745
— 30.10.2023 12:00

Əsirlik dövründəki təzyiqlər səbəbindən insanlar ömürlük əlilliyə məhkum qalıblar

KepezTV Player

Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi hesabatının təqdimatı mərasimdə Ombudsman Səbinə Əliyeva bildirib ki, yüzlərlə azərbaycanlı ömürlük əlilliyə məhkum qalıblar. Bu, əsirlik dövründə insanların gördüyü fiziki, psixoloji təzyiqlər səbəbindən baş verib. Tibbi ekspertizalar nəticəsində cansız bədənlər üzərində ölümündən əvvəl və sonra işgəncə, alçaldılma kimi əməllərin həyata keçirilməsi təsdiqlənib.

"Türksüz Ermənistan" şüarını səsləndirənlər məsuliyyətə cəlb edilməyib
 "Ermənistanda ölkədaxili müxalifət tərəfindən keçirilən nümayişlərdə əsas şüarlardan biri "Türksüz Ermənistan" olub. Bütün bu hallarla bağlı sübutlar və faktlar toplanaraq Məhkəməyə Əlavə şikayət şəklində təqdim edilib". Xarici işlər nazir müavini Elnur Məmmədovun sözlərinə görə, bu şüarları və digər nifrət çağırışlarını səsləndirən şəxslərdən heç biri bu günə kimi hər hansı bir məsuliyyətə cəlb edilməyib.