Ermənistan azərbaycanlıları etnik təmizləməyə məruz qoyması, Azərbaycana qarşı münaqişə başlatması və regionda özünütəcrid siyasəti nəticəsində ciddi demoqrafik böhranla üzləşib. Bu halda bir ölkənin oranın qanuni sakinləri olan əhali qrupunun öz evlərinə qayıdışına etnik mənsubiyyət səbəbindən imkan verməməsi onun irqçi siyasətinin göstəricisidir. Qərbi Azərbaycan İcması Ermənistanı monoetniklik siyasətindən əl çəkməyə çağırıb. Ermənistanın demoqrafik problemlərinin həlli regionda sülhün bərqərar edilməsindən və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüquqlarının təmin edilməsindən keçir.
- Baxış: 232