• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1024
— 26.10.2023 08:59

BMT Azərbaycanın qələbini qəbul etdi

KepezTV Player

BMT Azərbaycanın Baş Assambleyanın xüsusi sessiyasının çağırılması tələbini qəbul edib. Bu barədə Baş Assambleyanın prezidentinin sözçüsü Monika Qreyli jurnalistlərə açıqlamasında deyib. Belə ki, BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti, Trinidad və Tobaqonun sabiq Baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensis Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinə məktub göndərib. Məktubda BMT Baş Assambleyasının prezidenti Azərbaycanın Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun sədri qismində fövqəladə xüsusi sessiyanın çağırılması tələbini qəbul etdiyini bildirib. Baş Assambleyanın xüsusi sessiyası 26 oktyabr tarixində BMT-yə üzv olan 120 ölkənin, 18 müşahidəçi ölkənin və 10 müşahidəçi təşkiLatın iştirakı ilə BMT-nin Nyu-Yorkdakı qərargahında baş tutacaq.