• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1738
— 24.10.2023 16:25

Rumıniyalı hakim 4-cü dəfə Azərbaycan komandasının oyununa təyinat alıb

KepezTV Player

"Bayer" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyununun təyinatları məlum olub. Qarşılaşmanın baş hakimi rumıniyalı Horatsiu Feşniç olacaq. Ona laynsmanlar qismində həmvətənləri kömək edəcəklər. Oktyabrın 26-da Leverkuzendə keçiriləcək görüş saat 23-də başlayacaq.