İran, Ermənistan, Azərbaycan, Rusiya və Türkiyənin xarici işlər nazirləri Tehranda keçirilən “3+3” formatındakı görüşün nəticələrinə dair birgə bəyanat qəbul edib. Trendin məlumatına görə, ölkələr arasında qarşılıqlı maraqlara və mehriban qonşuluğa əsaslanan dostluq münasibətlərinin inkişaf etdirilməsinin vacib olduğu bilidirilib. Qeyd olunub ki, bu xüsusda mübahisələrin sülh yolu ilə həllinin, suverenliyə, siyasi müstəqilliyə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, dövlətlərarası münasibətlər və daxili işlərə qarışmamanın, güc tətbiq etməyin qadağan edilməsi və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin bütün prinsiplərinə əsaslanan insan hüquqlarına hörmət edilməsi vacibdir. Növbəti görüşün Türkiyədə keçirilməsi barədə razılığa gəlinib.
- Baxış: 192