• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1633
— 18.10.2023 11:37

Vaqif Xaçaturyanın məhkəməsində zərərçəkənlər ifadə verirlər

KepezTV Player

Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verirlər. İş üzrə zərərçəkən kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.

Məhəmməd Zeynalov - zərərçəkən: Özü gördünüz məni tanıdı. Tanıdı ki, sənlə birlikdə çörək də yemişik. Vaquf Xaçaturyan onların başçısı idi. Vaqif Xaçaturyan onların qlavarı idi. Tək Vaquf deyildi çoxları var idi. Vahid də onla biryerdə idi, ondan sonra qardaşı Qurgen də onla bir yerdə idi. Valyo vardı o da ordaydı.

Bayram Hacıyev - zərərçəkən: Mənim əmimoğlunun qardaşımla bir yerdə qardaşım polis işçisi idi, mən müdafiə dəstəsində idim. Qardaşımla bir yerdə güllələmişdilər Oazda. Əmimoğlunun polis idi o da iki qılçını güllələmişdilər. Gəldi ki, Vaqif vurub.

Məhkəmənin növbəti iclası oktyabrın 24-nə təyin edilib. Vaqif Xaçatryan iyulun 29-da Ermənistan ərazisinə keçmək istəyən zaman "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub.