• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1901
— 16.10.2023 15:57

Prezident Füzuli rayonunun Cuvarlı kəndinin təməlini qoyub

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonuna səfər edib. Dövlətimizin başçısı Füzuli rayonunun Cuvarlı kəndinin təməlinin qoyulması mərasimində iştirak edib. Kəndə 1697 nəfərin köçürülməsi planlaşdırılıb. Ümumilikdə 291 fərdi ev və 2-4 mərtəbəli 21 yaşayış binası tikiləcək.  Kənddə çoxfunksiyalı inzibati binanın, Bayraq meydanının, kafe-restoranın, mərasim evinin, çörək sexinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, 312 şagird yerlik orta məktəbin, 50 yerlik uşaq bağçasının, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin, kitabxananın, ticarət obyektinin, bazarın, qonaq evinin tikilməsi planlaşdırılıb. Kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Enerjiyə qənaət etmək məqsədilə alternativ enerjidən istifadə və istilik tutumlu evlərin inşası nəzərdə tutulub. 

Prezident Füzuli rayonunun Qoçəhmədli kəndinin təməlini qoyub

Dövlət başçısı Füzuli rayonunun Qoçəhmədli kəndinin də təməlini qoyub. Kəndə 1364 nəfərin köçürülməsi nəzərdə tutulub. Burada ümumilikdə 341 fərdi evin tikilməsi planlaşdırılıb. Cuvarlı da olduğu kimi bu kənd də tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib və müxtəlif təyinatlı sosial obyektlərin tikintisi planlaşdırılıb. Qoçəhmədli kəndində 264 şagird yerlik məktəb, 25 yerlik uşaq bağçası da inşa olunacaq. Burada əhalinin məşğulluğu üçün hər cür şərait yaradılacaq. Burada da enerjiyə qənaət məqsədilə alternativ enerjidən istifadə olunacaq və istilik tutumlu evlər tikiləcək. Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyub.