• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1456
— 14.10.2023 13:56

Füzulinin daha 117 sakini doğma yurda qayıdır

KepezTV Player

Yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bakıdan Füzuli şəhərinə daha 28 ailə – 117 nəfər köçürülüb. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində 258 ailə, yəni 928 nəfərin daimi məskunlaşması təmin edilib.