• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1458
— 13.10.2023 16:35

“Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa

KepezTV Player

Gəncədə “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib. “Heydər Əliyev İli” çərçivəsində reallaşan tədbirdə Azərbaycanın iqtisadi cəhətdən özünü tam təmin edən, heç bir ölkədən asılı olmayan və tam müstəqil siyasət yeridən bir ölkəyə çevrilməsində ulu öndərin xidmətlərindən danışılıb. Ölkəni tarixi-siyasi sınaqlarından uğurla çıxaran və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyətin milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirməklə yanaşı, yenilikçi, mütərəqqi baxışlara əsaslanan və xalqın xoşbəxt gələcəyinə hesablanan çox mühüm təşəbbüslər irəli sürdüyü vurğulanıb. Onun şərəfli ömür yolunun  Vətən təəssübü, xalq sevgisinin Ulu Öndərin həyat qayəsini təşkil etdiyi qeyd edilib. Heydər Əliyevin layiqli davamçışı Prezident İlham Əliyevin Ulu Öndərin daxili və xarici siyasətini uğurla davam etdirməsindən, 20 illik prezidentliyi dövründə tarixi zəfər çaldığına diqqət çəkilib. 

Fərid Mehdiyev