• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1218
— 13.10.2023 16:17

Dövlət başçısının 20 illik prezidentlik dövründən danışılıb

KepezTV Player

Samuxda İlham Əliyevin prezidentliyinin 20 illiyi ilə əlaqədar olaraq “20 illik prezidentlik dövrünün zəfər səlnaməsi” adlı tədbir keçirilib. Azərbaycanın son 20 ildə əsrə bərabər inkişaf yolu keçdiyi, Ümummilli lider Heydər Əliyevin ideyalarının uğurla yerinə yetirildiyi vurğulanıb. Prezident İlham Əliyevin komandanlığı ilə Vətən müharibəsində qazanılan zəfərin Azərbaycan tarixinin ən parlaq səhifəsi olduğuna diqqət çəkilib. 2003-cü ildən ötən dövr ərzində əldə olunan uğurlara, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərə nəzər salınan tədbirdə xalq-iqtidar birliyinin sarsılmazlığı önə çəkilib. Dövlət başçısının diqqət-qayğısı nəticəsində Samuxda həyata keçirilən layihələrdən danışılıb, İlham Əliyevin rayona səfərləri zamanı yerli sakinlərlə görüşləri xatırlanıb. Rəsmi hissədən sonra Sərkar Uşaq Musiqi Məktəbinin kollektivinin hazırladığı bədii proqram təqdim olunub. Konsertdə vətən, bayraq, ordunu vəsf edən, Ümummilli lider və dövlət başçısına həsr olunan ifalar səsləndirilib.

Vüsalə Cənnətova