• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 13.10.2023 08:56

Növbəti 22 ailə Füzuliyə yola salınıb

KepezTV Player

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə şəhərə daha 22 ailə - 62 nəfər köçürülüb. Ailələr yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində 230 ailənin, yəni, 811 nəfərin daimi məskunlaşması təmin edilir.

Gülzar Mehralıyeva - keçmiş məcburi köçkün: "Bizim ən böyük arzumuz idi bu. Düzdür, həm sevinirəm, həm qəhərlənirəm".

Elnarə Abbasova - keçmiş məcburi köçkün:  "Füzuli bizimdir deyilən bir şüarda, o gündən mən böyük xəyallar qurub illərdir əziyyətini çəkib bəhrəsini gördüyüm işimi Füzuli şəhərində bərpa edib, fəaliyyətimi davam edəcəm".

Laura Paşayeva - keçmiş məcburi köçkün: "İndi sevincimin həddi-hüdudu yoxdur. Şükür o günü gördüm ki, mən, Füzuliyə qayıdıram".