KepezTV Player
Goranboyda evə girən oğrular ər və arvadı döyüb. Hadisə rayonun Qızılhacılı qəsəbəsində yerləşən fərdi evlərin birində baş verib. Xəsarət alan 1951-ci il təvəllüdlü Verdiyev Səməd Həmid oğlu və onun həyat yoldaşı, 1952-ci il təvəllüdlü Verdiyeva Sədaqət Ədil qızına ambulator yardım göstərilib. Zərərçəkmişlərin bildirdiyinə görə, onlar evlərinə daxil olan oğrular tərəfindən döyülüblər. Daha sonra naməlum şəxslər ev sahiblərinə məxsus pul və qızıl-zinət əşyalarını oğurlayıblar. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 226