• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 767
— 08.10.2023 19:41

Rusiya sülhməramlıları Əsgəranda daha bir müşahidə məntəqəsini bağlayıblar

KepezTV Player

Rusiya sülhməramlıları kontingenti Əsgəranda müşahidə məntəqələrini bağlayıblar.  Rusiya Müdafiə Nazirliyinin məlumat bülletenində bildirilib ki, Rusiya sülhməramlıları tərəfindən Qarabağdakı silahlı birləşmələrin anbarlarında olan silahların, hərbi texnikanın, atıcı silahların və döyüş sursatlarının hesablanması başa çatıb. Rusiya Müdafiə Nazirliyinin bülletenində, həmçinin deyilir ki, silah, hərbi texnika və sursat anbarlarının mühafizəsi Rusiya-Azərbaycan birgə mühafizə postları tərəfindən təşkil edilib.