• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1151
— 24.11.2023 16:54

SPECA-nın zirvə görüşündən mesajlar

KepezTV Player

“Sabitik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz". Prezident İlham Əliyev bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmaların geniş vüsət aldığını, SPECA-ya üzv ölkələrdə isə sülh, sabitlik, əmin-amanlığın hökm sürdüyünü, inkişaf, quruculuq proseslərinin uğurla getdiyini diqqətə çatdırıb. Bunu dövlətlərin, xalqların böyük nailiyyəti və uğuru hesab etdiyini deyən ölkə başçısı BMT-nin himayəsi altında SPECA Etimad Fondunun təsis olunmasını təqdirəlayiq addım kimi qiymətləndirib. 

İlham Əliyev- Azərbaycan prezidenti: “Azərbaycan bu Fonda 3,5 milyon ABŞ dolları ayıracaq. SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərir. Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır”.

Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Prezident Ilham Əliyev vurğulayıb ki, belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz.

İlham Əliyev- Azərbaycan prezidenti: “Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar”.

Dövlət başçısı işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərindən də bəhs edib.

İlham Əliyev- Azərbaycan prezidenti:  “Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpasının nəzərdə tutulduğunu qeyd edib. “Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar”.

Prezident ilham Əliyev 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkünün öz doğma evlərinə qayıdacağını da vurğulayıb.

Azad Mustafayev