• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1115
— 05.10.2023 20:01

ATƏT PA-da Azərbaycan əleyhinə olan təşəbbüslərin qarşısı alınıb

KepezTV Player

ATƏT PA-nın növbədənkənar onlayn Büro iclasında Ermənistan və digər nümayəndə heyətlərinin Azərbaycana qarşı müəyyən tədbirlərin görülməsi, Qarabağ erməniləri ilə əlaqədar işçi qrupunun yaradılması ilə bağlı cəhdlərinin qarşısı alınıb, bu cür pozucu təşəbbüslər Büro tərəfindən rədd edilib. Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev Qarabağ ermənilərinin guya “etnik təmizləməyə” məruz qaldıqları haqqında səslənən əsassız iddiaları konkret faktlarla rədd edib və müstəqil BMT missiyasının Qarabağa son səfərində bunun tam əksinin sübut olunduğunu bildirib.