• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 851
— 11.02.2019 13:13

İran istiqamətində sərhədi pozan şəxs zərərsizləşdirilib

KepezTV Player

Dövlət Sərhəd Xidmətinin Yar­dımlı rayonunun Buravar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İrandan Azərbaycan istiqa­mətində hərəkət edən 1 nə­fər müşahidə olunub. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozu­cusu təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin həmin şəxs əmrə tabe olmayaraq İran istiqa­mətində geriyə doğru qaçıb. Sərhəd naryadı tərəfindən silah tətbiq olunub, sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerində və­fat edib. Üzərinə baxış zamanı Azərbaycan vətəndaşı, 51 yaşlı Zülfüqar Seyfullayevə məx­sus ümum­vətəndaş pas­portu, hadisə yerinə ilkin baxış zamanı isə 1 ədəd gecə görmə cihazı aşkar olunub. Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirirlər.