• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1386
— 04.10.2023 17:05

“Mercedes"lə traktor toqquşub, iki nəfər ölüb

KepezTV Player

İmişlidə ölümlə nəticələnən ağır qəza olub. Yol nəqliyyat hadisəsi ötən gün axşam saatlarında İmişli-Biləsuvar avtomobil yolunda, rayonun Çaxırlı kəndində qeydə alınıb. Araz Kazımovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə traktor toqquşub. Hadisə nəticəsində minik avtomobilinin sürücüsü ağır xəsarət alıb, sərnişini Çingiz Ağayev isə hadisə yerində ölüb. Xəsarət alan Araz Kazımov İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, gecə saatlarında orada ölüb. Faktla bağlı araşdırma aparılır.