Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında terror aktı törədilib, iki polis yaralanıb. Terrorçulardan biri özünü partladıb, digəri isə zərərsizləşdirilib. Hücum cəhdinin qarşısı alınan yerdə aparılan müayinələr zamanı 9,7 kq S-4 partlayıcısı, 3 əl qumbarası, bir qumbaraatan, “Qlok” markalı səsboğuculu tapança, həmçinin iki avtomat aşkar edilib. PKK terror təşkilatı Ankarada törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə Türkiyə ölkə mətbuatı xəbər yayıb. *** "Qardaş Türkiyənin Daxili İşlər Nazirliyi yaxınlığında baş verən terror hücumunu kəskin şəkildə pisləyirik". Bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki hesabında yer alıb. "Terrorizmə məruz qalan ölkə kimi Türkiyə ilə həmrəy olduğumuzu bildirir, terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni hər zaman dəstəkləyirik", - XİN-in paylaşımında qeyd edilib.
- Baxış: 82