• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1580
— 09.02.2024 15:14

FHN əməliyyat görüntüləri yayıb

Bakının Xətai rayonu, Gəncə prospektində və Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryoqin küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binalarının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Əraziyə FHN-in müvafiq olaraq Bakı Regional Mərkəzi və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub. Xilasedicilər xüsusi vasitələrlə liftlərin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakinləri xilas ediblər.

Yanğın zamanı azyaşlı xilas edilib, sakinlər təxliyə olunub
FHN-in əməkdaşları Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində binada baş verən yanğın zamanı mənzildə köməksiz vəziyyətdə qalan azyaşlını da xilas ediblər. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.