Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə əcnəbi vətəndaşa narkokuryerlik edən şəxs saxlanılıb. Polis əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Abşeron rayon sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Mövsüm Məmmədov şəhər ərazisində tutulub. Onun üzərinə keçirilən baxış zamanı çəkisi 1 kiloqram 500 qramdan artıq olan marixuana və 720 qram heroin aşkar edilərək götürülüb. Dindirilmə zamanı M.Məmmədov sosial şəbəkə vasitəsilə tanış olduğu iranlı narkotacirə narkokuryerlik etdiyini etiraf edərək, ondan aşkarlanan narkotikləri bir miqdar narkotik vasitə qarşılığında Bakı şəhərinə çatdırmalı olduğunu bildirib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
- Baxış: 153