• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1129
— 21.09.2023 12:09

Qarabağ ermənilərinin reinteqrasiyası müzakirə edilir

KepezTV Player

Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir. Danışıqlarda Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxsi Ramin Məmmədov iştirak edir. Yevlax şəhər İcra Hakimiyyətinin inzibati binasında baş tutan görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağ ermənilərinin reinteqrasiya məsələləri müzakirə edilir. Danışıqlarda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov da təmsil olunur. Qarabağın erməni sakinlərini Sergey Martirosyan və David Melkumyan təmsil edirlər. Rusiya sülhməramlı kontingentinin nümayəndəsi görüşə iştirakçı kimi qatılıb. Xankəndidən gələn erməniləri yol boyu Azərbaycan polisi və Rusiya sülhməramlıları müşayiət ediblər. Yevlaxda görüş barədə razılıq Azərbaycanın Qarabağda 1 günlük lokal antiterror tədbirlərinin nəticələrindən biri kimi əldə edilib.