• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 689
— 18.09.2023 21:01

Dahi bəstəkarın əsərləri səsləndirilib

Heydər Əliyev Fondu tərəfindən inşa olunan Sərkar kənd Uşaq Musiqi Məktəbində “18 sentyabr Milli Musiqi Günü” qeyd edilib. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Milli musiqi gününün ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 30 ilə yaxındır qeyd edildiyi və Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqədar olduğuna diqqət çəkib. Çıxışlarda Ulu öndər Heydər Əliyevin sənətə, musiqiyə, mədəniyyətə daim böyük önəm verdiyi, Prezident İlham Əliyev, həmçinin Birinci xanım Mehriban Əliyeva tərəfindən bu siyasətin uğurla davam etdiriliyi vurğulanıb. Samuxda musiqi məktəblərinin maddi-texniki bazasının möhkəmləndirildiyi, bu sahəyə yeniyetmə və gənclərin marağının artdığı önə çəkilib. Tədbirdə Musiqi məktəbinin kollektivi tərəfindən Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim edilib.