Leysan yağışları səbəbindən Zaqatalada 100-dən çox evin həyətyanı sahəsinə, zirzəmi və birinci mərtəbəsinə sel suları dolub, dörd körpü yarasız hala düşüb. Rayonun Car və Yuxarı Tala kəndləri ərazisinə dolu düşüb. Güclü külək səbəbindən bir-neçə ağac aşıb. Dağlıq və dağətəyi ərazilərinə yağan leysan yağışları səbəbindən rayonun Tala, Zilban, Bəkməz və digər çaylarında su həddən artıq artıb. Tala, Zilban və Bəkməz çaydan qısa müddətli sel keçib. Bəkməz çayında yaranan sel səbəbindən Car kəndi və Qazangül qəsəbəsi ərazisində üç körpü yararsız hala düşüb. Qeyri-sabit hava şəraiti Balakən rayonunda da bir-sıra fəsadlar törədib. Rayon bir çox yaşayış məntəqəsinə qeyri-sabit hava şəraiti səbəbindən elektrik enerjisinin verilməsində fasilə yaranıb.
- Baxış: 318