• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2149
— 15.09.2023 12:01

Gəncədə yol qəzası olub, xəsarət alan var

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinə Gəncə şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Müəyyən olunub ki, “Mercedes” və “Volkswagen” markalı 2 minik avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb. O, xilas edilib və xəstəxanaya yerləşdirilib.