• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1272
— 05.07.2023 19:40

“Kəpəz” fitnes məşqlərinə start verib, transferlər heyətə qoşulur

KepezTV Player

 

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Kəpəz” taktiki məşqlərlə yanaşı fitnes çalışmalarına da başlayıb. Komandada artıq yeni transferlər və klubla müqaviləsi olan futbolçular da yavaş-yavaş heyətə qoşulur.

Ötən ayın sonunda toplanışa start verən “sarı-göylər” gündə 1 dəfə olmaqla ümumi dözümlülük məşqlərinə üstünlük verib. Əsasən əvəzedici heyətindən dəvət edilən oyunçuların iştirak etdiyi hazırlıqda komanda 2 gündür ki çalışmaların sayını artıraraq, həm də fiziki məşqlərə başlayıb. Klubla müqaviləsi olan braziliyalı oyunçu Junior Martins komanda ilə məşqlərə qoşulub. Bununla yanaşı icarə əsasında heyətə cəlb edilən sol cinah müdafiəçisi Rüfət Əhmədov da artıq hazırlıq prosesində iştirak edir. Bununla da müdafiə mövqeyinin transferlərini demək olar ki, tamamlayan dağlılar digər mövqelərə yönəlib. Belaruslu qapıçı Vladislav Vasilyuçek və adı hələ ki, açıqlanmayan əcnəbi yarımmüdaçi ilə anlaşılsa da, onların komandaya qatılması müəyyən səbəblərdən gecikir.

Axtarışlarını davam etdirən “Kəpəz” ön xəttə daha 3 futbolçu transfer etmək niyyətindədir. Əcnəbi futbolçularla yanaşı rəqabəti artırmaq üçün komandaya yerli oyunçuların da cəlb edilməsi planlaşdırılır. “Kəpəz” hazırlığın ilk mərhələsi çərçivəsində iyulun 7-si “Səbail”lə, ayın 14-ü isə “Zirə” ilə Bakıda iki yoldaşlıq görüşü keçirəcək.

Orxan Cəfərzadə