• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1848
— 22.02.2023 20:20

Şagirdlərə fövqəladə hallarda davranış vərdişləri aşılanıb

KepezTV Player

Gəncədə Fizika, riyaziyyat və informatika təmayüllü liseydə “Özünü və başqalarını xilas et” adlı layihəyə yekun vurulub. Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə Vl qrant müasbiqə”sinin qalibi olan layihə Gəncə və Göygöldən 60 nəfər şagirdi əhatə edib. Layihənin məqsədi şagirdlərin zəlzələ, yanğın və digər gözlənilməz fövqəladə hadisələr haqqında məlumatlılığın artırılması və hazırlıq səviyyəsinin yüksəldilməsidir. Tədbirdə baş vermiş və ya baş verə biləcək fövqəladə hadisələr, onların xüsusiyyətləri, həmin fövqaladə hallara hazırlıq, mühafizə üsulları, onların qarşısının alınmasına dair davranış qaydaları və bu hadisələrin fəsadlarını minimuma endirmək kimi məsələlərə toxunulub. Şagirdlərə fövqəladə hallar, onların təsnifatı və xüsusiyyətləri mövzusunda nəzəri təlim, fövqaladə vəziyyətlərdə psixoloji vəziyyətin qorunmasına dair seminar, mövsümündən asılı olaraq fövqaladə vəziyyətlərdə necə davranılmalı və ilkin tibbi yardım qaydaları haqqında əyani təlimlər keçirilib. Layihə çərçivəsində 2 infosessiya, 1 infotur və animasiya filmi hazırlanıb, şagirdlərə məlumatlandırıcı bukletlər paylanılıb.

Həcər Piriyeva layihə rəhbəri: Özünü və başqalarını xilas et adlı layihə,təhsildə inkişaf və innovasiyalar üzrə Vl qrand layihənin qalibi olmuşdur.Lahiyəmizin başlıca məqsədi şagirdlərdə təbii fəlakətlər,fövqaladə hallar,zəlzələ,yanğın,qısa qapanma,sosial hadisələrdə ani qərar vermə və bu kimi vəziyyətlərdə ümumi məlumat və təhlükəsizlik şəraitinin həyat fəaləyyətinin, mədəniyyətinin formalaştırılmasıdır məqsədimizLayihəmiz 4 aydırki davam edir.Bu zaman ərzində Gəncə və Göygöl şagirdlərindən ibarət  60 şagird cəlb olunmuşdur.6 təlim, 2 infosessiya, 1 infotur şagirdlər üçün təşkil olunmuşdur,təhlükəsizlik qaydalarıyla bağlı animasiya filmi hazırlanmışdır və bu animasiya filmi müxtəlif informasiya vasitələrində yayılacaqdır. Cəmiyyət hər hansı bir böhranla,təbii fəlakətlə ,pandemiya ilə üzləşdikdə bu ilk növbədə öz əksini təhsil sahəsində göstərir.Təsil verənlər və təhsil alanlar bu hadisələrin şiddətini üzərinə götürən əsas qruplardandır.Ona görə də yaxşı olardı ki təhsil müəssələrində bu kimi layihələr tez-tez həyata keçirilsin

Aygün Babayeva iştirakçı: Grand layihəmiz başlayandan layihə rəhbəri Həcər müəlliməylə birlikdə həmin layihəni izləyirik və belə layihələrin olmasını çox yüksək qiymətləndiririk.Bu cür layihələrdən çox məmnunuq çünki şagirdlərdə fövqaladə hallar zamanı hansı situasiya ilə qarşılaşarsa qarşılaşsın vəziyyətdən çıxma tədbirləri çox təqdirə laiqdir.