• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1633
— 02.12.2022 11:36

Yeniyetməlik depressiyası ilə mübarizə

KepezTV Player

Uşaqlar üçün ailə bir idealdır. Ata və ana onların bənzəmək istədikləri, gələcək modelləridir. Təəssüf ki, bəzi valideynlər uşaqlarını düzgün bildikləri,ancaq yanlış olan tərbiyyə üsulu ilə böyüdürlər. Əksər ailələrdə anaların tərbiyə üsullarından biri övladlarını ataları ilə qorxutmaqdır. Bu halda ataya qarşı olan sevgi,hörmət hissi, qorxu hissinə çevrilir. Bu da çox zaman yeniyetmənin faciəsi ilə nəticələnə bilir.

Aqressiv davranışlar bu yaş dövründə geniş vüsət alır və get - gedə artmağa başlayır. Bəzi tədqiqatçılar bu aqressiyanın səbəblərini yaranan fizioloji dəyişikliklərdə görürlər.Keçid  dövrü  həyatımızın  ən  qarışıq, qərar verməkdə qeyri-sabitliyi  ilə  seçilən,  duyğuların idarəsini  ələ  almaqda  çətinlik  çəkdiyimiz  dövr kimi hesab edilir.Buna  uyğun olaraq  da  müxtəlif  problemlər  ilə qarşılaşmağımız  olduqca  təbii bir  haldır.

Valideyn-övlad münasibətlərində anlaşılmazlıqlar hər zaman olub və olmağa da davam edir. Belə olan halda əsas yük böyüklərin üzərinə düşür. Belə ki,onlar öz təmkinliklərini qorumağı bacarmalı,iradlarını daha sakit və anlaşıqlı formada ifadə etməlidirlər. Fərqində olmalıyıq ki, övladımızdan yüksək tərbiyyə, hörmət gözləyiriksə  ilk növbədə həmin keyfiyyətlərlə onlara nümunə olmalıyıq. Bir ailədə ki, uşaq söz-söhbət, şiddət yaxud zorakılıqla böyüyürsə, əlbəttə ki, burada dərin,mənəvi, psixoloji travmaların yaranması danılmazdır.

Övlad bu dünyada sahib oluna biləcək ən böyük xəzinədir.Unutmayın ki, “Sağlam millət,sağlam gələcək” deməkdir.Buna görə də, övladlarınızı sağlam mühitdə və psixologiyada böyütmək siz valideynlərin ən böyük borcudur. Onları heç vaxt yaşıdları ilə müqayisə etməyin, fikirlərinə önəm verin və onları olduqları kimi sevin.

 

Aysel Abbasova