• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2195
— 07.10.2021 19:33

Tələbələrin xərcləri və gəlir imkanları

KepezTV Player

Dəyişən qiymətlər, yaşam xərcləri və iş imkanları. Tələbəlik həyatına başlayanlar üçün sadalananların əhəmiyyəti olduqca böyükdür. Gündəlik tələbatların qarşılanması: ictimai nəqliyyata görə ödəniş, qida, geyim və digər xərclər tələbəlik həyatı yaşayanları qayğılandırmaya bilməz. Bir vaxtlar tələbə olan əməkdaşımız Valeh Anaroğlu sujetində ətraflı danışacaq.

Əksəriyyətimiz tələbəlik illərinin qayğılarından xəbərdarıq. Əsas da maddi problemlərin doğurduğu ehtiyaclar. Hətta bəzən vəziyyət elə gətirir ki, tələbələr az maaşlı işlərə də qane olurlar. İş də satıcılıq, kuryer, buklet paylamaq və bu kimi digərləri. Paytaxtdan sonra təhsil almaq üçün tələbələrin daha çox üz tutduğu ölkənin ikinci böyük şəhəri Gəncədə vəziyyətlə maraqlanmağa çalışdıq. İşə ehtiyac duyan tələbələrə iş təklif edənlər varmı, varsa gördükləri işlər onları qane edirmi?!

Araşdırmağa çalışdığımız mövzuda ən önəmli nüans isə tələbələrin yaşayacağı evlərlə bağlıdır. Düzdür dərslər başlasa da hələ də özünə kirayə mənzil tapmayanlara rast gəlinir. Bu da əsasən qiymətlərlə razılaşmayanlardır.

Mövcud vəziyyətdən bu qənaətə gəlmək olur ki, tələbələr üçün seçimlər müxtəlifdir, restoranlarda təklif olunan yeməklər 4-5 azn, ayaqüstü yeməklər təklif olunan məkanlarda isə bu qiymət 2-3 azn-ə başa gəlir. Yaşam şəraitinə gəldikdə isə, kirayə evlərlə bağlı qiymətlər 150-300 manat arası dəyişir. Hostellərdə günlük qiymətlər 15 manatdan başlayır ki, bu da aylıq 400-500 manat xərcin olacağını işarə edir. Tələbə yataqxanalarında qiymətlər isə müqayisədə aşağıdır. Aylıq 30-35 manat. İş imkanları baxımından isə görünür ki, şəhəri tanımaq və dərslərinə mane olmamaq şərtilə çalışmaq istəyən tələbə kuryer və ya ofsiant kimi fəaliyyət göstərə bilər.

 

Valeh Anaroğlu