• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 861
— 09.04.2020 20:36

Bazarlıq etmək üçün sms-icazə

KepezTV Player

Karantin rejimi ilə əlaqədar olaraq vətəndaşlar sms-icazə sistemindən istifadə etməyə davam edir. Marketlərdən sonra Gəncə bazarlarına müraciət edən sakinlərin sms-icazə sistemindən yararlanıb çölə çıxmaları ilə maraqlandıq.

SMS-icazə sistemi texniki olaraq, çox çətin sistem olsa da, vətəndaşlar bu sistemdən düzgün istifadə edir. Azərbaycanda SMS-İcazə Sisteminin tətbiq olunması əhalinin koronavirusdan daha yaxşı qorunmasını təmin etmək məqsədi daşıyır. Gəncə bazarlarında üs tutan sakinlər də bu qaydaya riayət edir, icazə sistemindən istifadə edərək alış-veriş edirlər.

Elnur Mikayılov alıcı:2 saatlıq icazə almışam, yoldaşımla bazara gəlmişik.Yolda da 2-3 dəfə yoxlayıblar, bir söz deməyiblər.Bu da icazəm.

Sahibə Məmmədova alıcı:Qayda qanunlara riayət edirəm.İlk öncə bu mənim ailəm üçün, sağlamlığım üçün faydalıdır.Buyurub baxın.

Faiq Musayev alıcı:SMS üçün müraciət edib. Alış-veriş etmək üçün sms vasitəsilə çıxmışam. Budur

Gəncədə sakinlərin SMS vasitəsilə icazə alıb bazarlara müraciət etməsi məsuliyyət göstəricisidir. İnsanların öz ehtiyaclarını ödəməsi üçün qanunlar çərçivəsində davranması, zərurət olmadan yaşayış yerini tərk etməməsi nümunəvidir.

Valeh Anaroğlu