KepezTV Player
2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 103 min 28 işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib. Ümumilikdə 3400-ə yaxın şəxs peşə hazırlığına cəlb olunub. “İşsizin DOSTu” proqramı isə ötən il 38 min işsiz və işaxtaran şəxsin əmək müqaviləsi ilə ödənişli işlə təminatına imkan verib. 56 rayon və şəhərdə əmək yarmarkaları da keçirilib. 3411 nəfərə münasib iş yerlərinə göndəriş verilib, 298 nəfərin peşə hazırlığı kurslarına qeydiyyatı aparılıb, 311 nəfər isə öz istəkləri əsasında ödənişli ictimai işlərə cəlb edilib.
- Baxış: 337