Bu günə xəbərlərin oxunma sayı: 666
—
24.02.2026 10:42
Haaqa merinin müavini: Xocalı qurbanlarının abidəsi sülh üçün vacib mesaj göndərir
Haaqada Xocalı faciəsi qurbanlarının abidəsi önündə xatirə tədbiri keçirilib. Haaqa şəhərinin merinin müavini Saskia Brüns qeyd edib ki, abidə keçmişi xatırlamaqla yanaşı, sülh içində gələcəyə baxmaq mesajı daşıyır. O vurğulayıb ki, belə abidə Avropada yeganədir və hər il ziyarətçilər üçün açıq saxlanılır.Tədbirdə həmçinin Türkiyə və Azərbaycanın Niderlanddakı səfirləri, diaspor təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak edib. Sonda “Xocalı simvolu” qısametrajlı filmi nümayiş olunub.
- Baxış: 19
