
Bryan, həyat yoldaşından ayrılan təqaüdçü bir Amerika agentidir. Qızı Kimə çox bağlı olan Bryan, bir gün qızının dostlarından biri ilə U2 qrupunun Avropadakı konsert turunda birlikdə iştirak etməsi üçün hazırladığı muzey gəzintisi yalanına zorla razılaşır. Bura gələn Kim və rəfiqəsi əvvəlcə Parisdəki əmisi oğlunun evində qalırlar. Ancaq qızlar Parisə gəldikdən sonra tanış olduqları bir gənc onların ünvanlarını öyrənir və qızları qaçırır. Qaçıran dəstə Alban mənşəlidir və gənc qızları 96 saat ərzində ölkələrinə aparır və bazara çıxarırlar. Kim dostu içəridə oğurlanarkən atası Bryanla danışaraq ona hər şey barədə xəbər verir. Hadisədən sonra Bryan keçmiş arvadının yeni ərinin köməkliyi ilə Los-Ancelesdən Parisə gəlir. Burada hər cür dəlildən istifadə edərək dəstənin arxasınca düşür. Müxtəlif döyüş səhnələrindən sonra Parisi bir-birinə qatan Bryan nəhayət dəstəyə böyük bir zərbə vuraraq, qızını tapıb Kaliforniyaya qayıdır.
Rejissor: Pierre Morel
Baş rollarda: Meqqi Qreys, Liam Nison
- Baxış: 92