• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2547
— 18.07.2019 20:51

Suvarmada hansı üsul yararlıdır?

KepezTV Player

Ölkədə becərilən sahələrin 10%-i dəmyə torpaqlarının payına düşür. Amma hazırda quraqlığın artması fonunda dəmyə şəraitində becərilən torpaqlarda da suvarma sistemlərinin tətbiqinə keçilir.

Rafiq Hüseynov fermer: Bizdə kartofçuluqla məşğul olunur. 22 ha kartof toxumu səpmişik. Yüksək məhsuldarlıq gözləyirik. Gədəbəy rayonunda dəmyə kartofu istehsal olunur. Quraq olanda kartofun yanmamağı üçün suvarmadan istifadə edirik.

Oqtay Xəlilov fermer: Hektardan 50-60 sentner kartof götürməyi gözləyirik. Quraqlıq dövrü olsa suvarma sistemlərimiz, matorlarımız hazırdır

Hazırda Respublikanın Aran rayonlarında fermer təsərrüfatları damla suvarmasına üstünlük verirlər. Qərb bölgəsində də qapalı sahələrdə birmənalı şəkildə damla suvarmadır. Açıq sahələrdə isə arx suvarmasından istifadə olunur.

Arif Abbasov mütəxəssis:İndiyədək arx suvarmasından istifadə olunub. Bu ənəvi şəkil alıb. İndi fermer təsərrüfatlarının hamısı çalışır ki, damla suvarmasına keçsin. Bu, əsasən meyvə ağacları və bağlarda olur. Əkin sahələrində isə əsasən yağmur suvarmadan istifadə olunur. Geniş tərəvəz məhsulları sahələrində nə qədər böyük xərc olsa da damla suvarmasına keçirlər.

Arx suvarmasının bir çox mənfi cəhətləri var. Bunları nəzərə alaraq fermerlər diqqəli olmalıdırlar.

Arif Abbasov mütəxəssis:Məsələ burasındadır ki, arx suvaramsında su itkiyə çox gedir. Suyun hara getdiyinə nəzarət etmək mümkün olmur. Su hər yerə gedirsə alaq otları da kütləvi şəkildə çıxır. Alaq otları da bitkinin kök sisteminin inkişafına mane olurlar. Alaq otlarına qarşı mübarizə qaçılmaz olur. Bu da əlavə herbisidlərin alınmasında, əl əməyinin tətbiq olunmasında fermerə əlavə xərclər kimi mane olur.

Mütəxəssilər bitkiyə hansı vaxtda və nə qədər suyun verilməli oluğunu müyyən etmək üçün ən yeni suvarma sistemlərindən istifadəni məsləhət görürlər. Bu həm su sərfinin qarsısını alır, həm də fermeri əlavə xərclərdən xilas edir.