KepezTV Player
Tovuzda çay evi kimi fəaliyyət göstərən obyekt yanıb. Abulbəyli kəndi ərazisində rayon sakini Aidə Abdiyevaya məxsus obyektin 19 kv.m ərazisi yararsız hala düşüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Tovuz Rayon Yanğından Mühafizə Şöbəsinin iki avtomobili və 15 nəfər canlı qüvvəsi cəlb olunub. Alov ram edilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 754