KepezTV Player
Baş Dövlət Yol Polisi İdarəsi ilə Daşkəsən rayon Dövlət Yol polisi əməkdaşları birgə reyd keçiriblər. Əsas hədəf yenə də sükan arxasında sərxoş əyləşən sürücülər olub. Amma bir neçə saat davam edən kütləvi yoxlamalar zamanı sərxoş sürücülər müəyyən edilməyib. Əsas qayda pozuntuları isə sərnişindaşıma ilə bağlı olub. Bəzi sürüclərin minik avtomobillərində nəzərdə tutulandan artıq sərnişin daşıdığı üzə çıxışb. İnsan həyatı üçün hər an təhlükə yarada biləcək belə halların yolverilməz olduğu bildirilib. Qayadlara əməl etməyən sürücülərə cərimə protokolları yazılıb.
Natiq Hüseyn
- Baxış: 788