
Oğuzun Padar kəndində BMW markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Avtomobildə olan sərnişin, 21 yaşlı Rəvan Mirzəyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Qəbələdə, Bakı şəhər sakini Zeynalov Rəşan İlkin oğlu idarə etdiyi "Hundai Veracruz" markalı avtomobillə piyada Bəkirova Yaqut Orucalı qızını vuraraq öldürüb.
Tərtərin Qaradağlı kəndində isə"Opel" və "Lada" markalı minik avtomobillərinin toqquşması nəticəsində "Lada"nın sürücüsü, 37 yaşlı Orxan Əliyev deformasiyaya uğramış avtomobildən çıxarılıb.
Ağdamın Quzanlı qəsəbəsində hərəkətdə olan "VAZ-2106" və "Lada-Xəzər" markalı minik avtomobili toqquşub. 3 nəfər xəsarət alıb.
Bakı-Şamaxı yolunda isə sürücü məsuliyyətsizliyi səbəbindən "VAZ" və "Mercedes" markalı avtomobillər toqquşub. "VAZ" markalı avtomobilin sürücüsü xəsarət alıb.
Daxili İşlər Nazirliyi bir daha sürücülərə magistral yollarda qaydalara biganə yanaşmağın sonda ağır yol nəqliyyat hadisələrinə gətirib çıxardacağını xatırladıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
- Baxış: 58