Baş qəhrəman Evan uşaq yaşlarından bəri yaddaş itkisindən əziyyət çəkib. Həyatının bir çox epizodları ümumiyyətlə xatirəsindən silinib. Bu xəstəlik ona irsi olaraq keçib. Belə ki, həm atası, həm də babası psixi problemlərdən əziyyət çəkib və günlərinin sonlarını ruhi-əsəb dispanserində keçirib. Ən qəribəsi odur ki, Evan başına gələn xoşagəlməz və dəhşətli hadisələr zamanı özündən gedir və oyandıqdan sonra nə baş verdiyini xatırlamır. Psixiatr ona həyatında baş verən hadisələri qeyd etməyi, gündəlik tutmağı tövsiyə edir. Həkim əmindir ki, bu müalicə metodu, hafizənin bərpasını stimullaşdıracaq. Psixiatrla görüşdən uzun illər keçir. Evan artıq başqa şəhərdə, uşaqlıq dostlarından uzaqda yaşayır. Günlərin bir günü uşaqlıq gündəliyini oxuyan zaman onun köməkliyi ilə müəmmalı şəkildə keçmişə qayıda bildiyini aşkarlayır. Zaman səyahəti təkcə onun təxəyyülündə baş vermir, çünki keçmişdə etdiyi hərəkətlər bilavasitə gələcəyə təsir edir...
Rejissor(lar): Erik Bress, C. Makki Qruber
Rollarda: Eşton Katçer, Emi Smart
- Baxış: 111