Bu günə xəbərlərin oxunma sayı: 666
— 16.03.2026 10:26

ABŞ və İsrail İrana qarşı əməliyyatların davam edəcəyini bildirir

İsrailin İrana qarşı hərbi əməliyyatlarının ən azı daha üç həftə davam edəcəyi bildirilir. Bu barədə İsrail ordusunun nümayəndəsi Efi Defrin açıqlama verib. Onun sözlərinə görə, əməliyyatlar ABŞ ilə koordinasiyalı şəkildə həyata keçirilir. ABŞ Prezidenti Donald Tramp isə Vaşinqtonun İrana qarşı əməliyyatın başa çatdığını hələlik elan etməyə hazır olmadığını bildirib. O qeyd edib ki, ABŞ strateji əhəmiyyətli Hörmüz boğazı da daxil olmaqla boğazlarda birgə patrulun təşkili üçün bir sıra ölkələrlə məsləhətləşmələr aparır.Şimali Atlantika Alyansına üzv dövlətlər Hörmüz boğazının blokadadan çıxarılmasında ABŞ-yə kömək etməsələr, NATO-nu "çox pis gələcək" gözləyir.İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Qərargahı isə deyib ki, İran düşmənini təslim olmağa məcbur etmək üçün Hörmüz boğazında gəmiçilik hərəkətinə nəzarət də daxil olmaqla, istənilən vasitəyə əl atacaq.İranın xarici işlər naziri Abbas Əraqçi də bildirib ki, Tehran bir dəfə də olsun, atəşkəs xahişi ilə Vaşinqtona müraciət etməyib, İslam Respublikası lazım olduğu qədər müdafiə oluna bilər.Nazir Tehrandakı yanacaq anbarlarına zərbələrini beynəlxalq hüququn pozulması adlandırıb.Əraqçi bildirib ki, hücum ekosid kimi qiymətləndirilə bilər və bu hadisə ətraf mühitə, eləcə də insanların sağlamlığına ciddi ziyan vurub. İsrail hərbi cinayətlərinə görə məsuliyyətə cəlb olunmalıdır.