Bu günə xəbərlərin oxunma sayı: 666
—
16.03.2026 10:27
Ceyhun Bayramov səudiyyəli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova telefonla zəng edib.Nazirlər Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətini müzakirə edərək bölgədə gərginliyin artmasından narahatlıqlarını ifadə ediblər. Tərəflər eskalasiyanın qarşısının alınmasının, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayıblar. Telefon danışığında Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri də müzakirə olunub.
- Baxış: 85
