KepezTV Player
Gəncədə dünən gecə saatlarında avtomobil qəzası olub. Şəhərin Üzeyir Hacıbəyli küçəsində “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü Nadir Hüseynov idarəetməni itirərək su borusunun təmiri məqsədilə qazılan xəndəyin içərisinə düşüb. Qəza nəticəsində maşın ciddi zədələnsə də, xoşbəxtlikdən xəsarət alan olmayıb. Avtomobilin sürücüsünün bildirdiyinə görə, yolda xəndəyin qazılması ilə bağlı heç bir xəbərdaredici nişan olmayıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Qeyd edək ki, bu, adı qeyd olunan ünvanda qazılan xəndəyə düşən sayca 3-cü avtomobildir.
- Baxış: 1483