• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1033
— 26.07.2024 19:29

Uşaqlar üçün səyyar tibbi müayinə

KepezTV Player

Gəncədə tibbi aksiya keçirilib. Uşaqlar üçün təşkil olunan səyyar qəbul Gəncə Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxanada baş tutub. Müayinəyə paytaxt və regionlardakı tibb müəssisələrindən dəvət olunmuş pediatr, radioloq və uşaq cərrahları cəlb ediliblər. İcbari tibbi sığorta üzrə dövlət agentliyi, TƏBİB və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutan aksiya 2 gün davam edəcək.

Nigar Musayeva- valideyn: “Bu gün uşaqları gətirdik, bütün həkim müayinələrindən keçdilər. Check-Up olundular, tam pulsuz. Belə aksiyalar gözəldir. Həkimlər diaqnozlara uyğun resept yazdılar. Biz onları yerinə yetirəcəyik”.

Aişə Rzayeva