KepezTV Player
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində “Astana görüşü – Azərbaycanın uğurlu xarici diplomatiyasında yeni istiqamətlərə doğru” mövzusunda dəyirmi masa təşkil edilib. Tədbirdə alimlərin qlobal platformada Azərbaycanın reallığı, Astana görüşündə yeni imkanlar və inkişaf perspektivləri, Şanxay əməkdaşlıq təşkilatı ölkələri ilə mədəni, iqtisadi əlaqələr, eləcə də regional və qlobal sülhə xidmət edən üçtərəfli tərəfdaşlıqlarla bağlı məruzlər dinlənilib. Qeyd olunub ki, Azərbaycanın son 5 ildə artan nüfuzu bütün dünyaya səs salıb və əksər dövlətlər ölkəmizlə müxtəlif yöndə əməkdaşlıqlara can atır. Sonda tövsiyə olunub ki, çıxışçıların məruzələri toplanaraq çap halına salınsın.
Orxan Cəfərzadə
- Baxış: 345