• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1970
— 04.01.2019 13:21

Yük və minik maşınları toqquşdu, ölən var

KepezTV Player

Salyanda ağır qəza baş verib. Salyan-Neftçala avtomobil yolunun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində Salyan şəhər sakini, 27 yaşlı Seyidabdulla Ağalarov “BMV” markalı avtomobillə yağışlı havada hərəkətdə olarkən sərt döngədə idarəetməni itirib. Maşın əks istiqamətdən gələn “Kamaz” markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində “BMV”nin sürücüsü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin, rayonun Xurşud kənd sakini, 33 yaşlı Tural Tarverdiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Qəzada dünyasını dəyişən sürücü evil olub, 1 uşağı var.