• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1795
— 12.02.2024 10:24

Gül buketi hazırlayan gənc

İnsanların sevincli anlarında onlara güzəl olan hədiyyələrin, xüsusilə çiçəklərin verilməsi, onları dəyərli hiss etdirir. Bu gün də çiçək hazırlamaqda istedadlı, həvəskar olan gəncimizlə tanış olacacağıq.

Fatimə Əbdürrəhimova: İxtisasımdan fərqli olaraq, fərqli əl işləri hazırlayıram və əl işi hazırlamağa uşaqlıqdan həvəsim var. Öz ehtiyaclarımı qarşılamaq üçün xüsusilə bu işlə məşğul olmağa başladım və araşdırdıqca daha da həvəsim artdı. İlk başda başlayanda motivasiyadan düşürdüm, çünki, yeni idim. Ancaq ailəmin və dostlarımın dəstəyi nəticəsində daha da həvəsim yarandı”.

Hər işin uğurlu olması üçün ona zəhmət və zamanın ayrılması önəmlidir. Gül buketi hazırlamaq üçün lent, kart, yapışdırıcı məmulat və qayçıdan istifadə edilir.

Fatimə Əbdürrəhimova: “Bir gənc olaraq gənclərə tövsiyəm, heç zaman uşaqlıq xəyallarınızı gerçək etməyi unutmayın”.

Uğurun ən böyük mükafatı qazandıgımız pul və sərvət deyil, uğur qazanmaq uğrunda apardığımız mübarizə nəticəsində daha yaxşı və fərqli insana çevrilməmizdir. Əziz gənclər, gəlin istedadımızla ön plana çıxaq.

Ürfanə Əzimova